Praktiki mühasibatlıq və 1 C 8.3 proqramı təlimi 3 əsas moduldan ibarətdir.
1. Mühasibat uçotu.
Bu hissədə Siz, əməliyyatların maliyyə bərabərliyində qeyd edilməsi, ikili yazılışlar, sınaq balansı, balans – mənfəət/zərər haqqında hesabat, debitor və kreditorlarla hesablaşmalar, ehtiyyatlar, avanslar, əsas vəsaitlərin uçotu və Əlavə dəyər vergisi mövzularını nəzəri və praktiki öyrənmiş olacaqsız.
2. Mühasibat uçotunun 1C 8.3 proqramına tətbiqi.
Siz birinci hissədə öyrənilmiş mövzuların 1 C 8.3 proqramı üzərində tətbiqini görəcəksiniz.
3. Vergi Uçotu (rəsmi mühasibatlıq).
Bu hissədə isə Fiziki şəxslərin gəlir və hüquqi şəxslərin mənfəət vergisi, Əlavə dəyər vergisi, sadələşdirilmiş vergi, əmlak vergisi və ödəmə mənbəyindən tutulan vergilər və bu vergi hesabatlarının BTP (Bəyannamə tərtibat proqramı) proqramında yığılması, e-qaimə, Elektron Vergi Hesab Faktura hazırlamaq, işçilərin qeydiyyatı, əmək haqqı və məzuniyyətlərin hesablanmasını və digər rəsmi işləri öyrənəcəksiz.
Təlimə daxildir:
✔️ Ödənişsiz dərs vəsaitləri
✔️ Sınaq imtahanları
✔️ Hesabatların hazırlanması ilə bağlı video dərslər
✔️ 1C 8.3 ilə bağlı video dərslər
✔️ Sertifikat imtahanı
Təlimin müddəti: 4 ay
Təlimin (Bakı ofisi) qiyməti: 130AZN
Təlimin (Sumqayıt ofisi) qiyməti: 100AZN